AZ

“Hər oyun çətin olsa da, biz güclü komandayıq”- “Şamaxı”nın legioneri

Yeni mövsümün ilk ev oyununda “Neftçi”ni qəbul edəcək “Şamaxı” “Zirə” üzərindəki qələbənin davamını gətirmək istəyir.

Bəs Ayxan Abbasovun komandasının düşərgəsində durum necədi?

Komandanın yeni transferlərindən Belajdi Pusi “Football-plus.az”a bu haqda danışdı:

“Hər gün çoxlu məşq edirik, nəyi daha yaxşı edə biləcəyimizi təhlil edirik. Məşqə diqqət yetirmək vacibdi, çünki hər oyun çətin olur. Ayxan Abbasov bizə rəqiblər haqda çoxlu məlumat verir və bu, oyunda bizim üçün daha asan olur. Dediyim kimi, hər oyun çətin olsa da, biz güclü komandayıq. İnanıram ki, növbəti oyunda da qalib gələcəyik. Məncə, premyer-liqada bu mövsüm ötən mövsümdən daha güclüdü və sona qədər maraqlı olacaq. Şamaxıda da hamı mənə yaxşı münasibət bəsləyir, birlikdə yaxşı işlər görməyə çalışırıq”.

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
football-plus.az

1Mənbələr