AZ

Ukraynanın Rusiyanın ərazisini işğal etməsi qanunidir

Ukraynanın Rusiyanın Kursk bölgəsini işğal etməsi qanunidir və Kiyevin özünümüdafiə hüququna aiddir.

Axar.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alman mediasına müsahibəsində deyib.

“Ukraynanın özünü müdafiə etmək hüququ var. Beynəlxalq hüquqa görə, bu hüquq sərhədlə məhdudlaşmır”, - o deyib.

Stoltenberq NATO-nun Ukraynanın planları barədə əvvəlcədən məlumatlandırılmadığını və bu planlarda heç bir rol oynamadığını da bildirib.

NATO-nun baş katibi onu da qeyd edib ki, Ukrayna Rusiya ərazisinə daha da dərinləşərək riskə gedir, lakin hərbi kampaniyanı necə aparacağı Kiyevdən asılıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
axar.az

2Mənbələr