AZ

“Kurskun işğalı Kiyevə hərbi mənada heç nə vermədi“ -Saks

Məşhur amerikalı iqtisadçı Cefri Caks diqqət çəkən açıqlamalar verib. O, jurnalist Taker Karlsonla müsahibədə vurğulayıb ki, Ukrayna döyüş meydanında uduzur.

İqtisadçı qeyd edib ki, Kursk bölgəsini işğal etmək avantürası Kiyevə hərbi mənada heç nə verməyib. Əslində Ukraynanın işləri qaydasında deyil, vəziyyət daha da pisləşib.

Saks Kiyevin ümidsiz dərəcədə canlı qüvvə qıtlığı ilə üzləşdiyini iddia edib. Rusiya isə əksinə, yalnız hücum sürətini artırır.

“Ukrayna hər gün mindən iki minə qədər əsgər itirir. Bu dəhşətlidir. Amma nə Kiyevdə, nə Vaşinqtonda, nə də Varşavada ölənləri saymırlar.  Belə qəribə durum davam edir. Çünki heç kim Qərbdə bunun bitməsini, məsuliyyəti öz üzərinə götürmək istəmir", - Saks bildirib.

Onun fikrincə, münaqişənin başlamasına görə məsuliyyət ABŞ-nin üzərinə düşür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Amma Ukraynanın ilk dəfə olaraq Rusiya ərazisinə daxil olaraq Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
news365.az

1Mənbələr