AZ

Xərçəngə qalib gələn müğənnidən üzücü xəbər

2022-ci ildə döş xərçənginə qalib gələn Türkiyəli müğənni Şimal növbəti dəfə beynindəki şiş səbəbindən əməliyyat olunub.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı müğənni kimya radioterapiyadan sonra əməliyyat olunaraq, patoloji nəticələrin təmiz çıxdığını demişdi. O, növbəti dəfə beynində şiş aşkar edildiyini bildirərək, 8 saatlıq əməliyyatdan sonra səhhətinin yaxşı olduğunu açıqlamışdı.

Bu dəfə isə o, xəstəliyinin təəssüf ki, metastaz verdiyini açıqlayıb və pərəstişkarlarından onun üçün dua etməyi xahiş edib.


Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
1
bakupost.az

2Mənbələr