AZ

Azərbaycanda universitetlərdə neçə professor var?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində professor-müəllim heyətinin sayı açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuəsində məlumat yer alıb.
Belə ki, 2023-2024-cü illəri əhatə edən tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı 15807 nəfərdir.
Onlardan 1262 nəfər elmlər, 5 min 891 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi olanlardır. Bundan başqa, 1043 nəfərin professor, 3 min 889 nəfərin isə dosent elmi adı var.
Həmin heyətin tərkibindəki qadınların sayı 9 min 272 nəfərdir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
oxu.az

10Mənbələr