AZ

Zədəli Messinin son durumu necədir? - Sakit olmalıyıq

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino futbolçusu Lionel Messi barədə danışıb.

Publika.az xəbər verir ki, argentinalı mütəxəssis Amerika Kubokunun final oyununda ayağından zədə alan 37 yaşlı hücumçunun son durumu barədə məlumat verib:

“O, bir neçə həftədir ki, həkim briqadası və fizioterapevtlərin nəzarəti altında topla işləyir. O da tədricən komanda ilə məşqlərə inteqrasiya edir. Bu, 6 həftədən çox davam edən zədədir, ona görə də biz sakit və Messinin sağaldığına tam əmin olmalıyıq”.

Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Bu müddət ərzində o, bütün turnirlərdə 29 matçda iştirak edib, 25 qol vurub, 16 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2025-ci ilin sonuna qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
publika.az

1Mənbələr