AZ

Bu mükafatı alan ilk türkiyəli aktyor oldu

Məşhur türkiyəli aktyor İbrahim Çelikkol İtaliyanın Kineo Mükafatları Mərasimində mükafat alan ilk türk aktyor olub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor Venesiya Film Festivalı çərçivəsində bu il keçirilən 22-ci mərasimdə “Ən yaxşı beynəlxalq aktyor” mükafatına layiq görülüb.

2002-ci ildə İtaliya Mədəniyyət Nazirliyi və İtaliya Kino Tənqidçiləri Dərnəyi tərəfindən təsis edilən və Venesiya Film Festivalı çərçivəsində təşkil edilən Kineo Mükafat Mərasimi, mükafat qaliblərinin tamaşaçılar və münsiflər heyəti tərəfindən müəyyən edildiyi yeganə mükafatlandırma mərasimidir.

Qeyd edək ki, aktyor “İffet”, “Merhamet”, “Bir zamanlar Çukurova”, “Muhteşem ikili”, “Doğduğun ev kaderindir”, “Kuş uçuşu”, “Gaddar”  kimi seriallarda rol alıb.




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
10
qafqazinfo.az

10Mənbələr