AZ

Bəzi ərazilərdə su olmayacaq

Sentyabrın 3-ü saat 06:00-dan 21:00-dək Bibiheybət şossesindən Lökbatan dairəsinədək magistral su xəttinin dəyişdirilməsi layihəsi çərçivəsində təmir-bərpa işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, görüləcək işlərlə əlaqədar Bibiheybət və Şıx qəsəbələri, 20-ci sahənin Elçin Əzizov, Nemanzadə, Gülbala Əliyev küçələrinin bir hissəsi, Hüseynbala Əliyev, Oqtay Daşdəmirov, Çernyaxovski küçəsi, Dağlıq, Lermantov küçələri, 4-cü və 6-cı mədən ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
50
qafqazinfo.az

10Mənbələr