AZ

“Ukraynanın Rusiyanın Kursk bölgəsinə girməyi qanunidir” – Stoltenberq


“Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olması qanunidir və Kiyevin özünümüdafiə hüququna aiddir”.
Yeniavaz.com
xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın “Welt am Sonntag” həftəlik nəşrinə müsahibəsində deyib.
“Ukraynanın özünü müdafiə etmək hüququ var. Və beynəlxalq hüquqa görə, bu hüquq sərhədlərlə məhdudlaşmır”, - Stoltenberq bildirib.
Baş katib NATO-nun Ukraynanın planları barədə əvvəlcədən məlumatlandırılmadığını və bu planlarda heç bir rol oynamadığını əlavə edib.
Həmçinin Stoltenberq qeyd edib ki, Ukrayna Rusiya ərazisinə daha da dərinləşərək riskə gedir, lakin hərbi kampaniyanı necə aparacağı Kiyevdən asılıdır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
yeniavaz.com

4Mənbələr