AZ

Putinin Ukraynaya Kursk mesajı – “İstədiyinizi edin, onsuz da...”

Rusiya lideri Vladimir Putin ukraynalıların Kursk vilayətinə hücumunun əhəmiyyətini aşağı salır və diqqətini Ukraynanın şərq hissəsində saxlayır.

Teleqraf.com xəbər verir ki, bunu alman hərbi analitik Niko Lanq deyib.

“Əgər Kiyevin məqsədi torpaqları dəyişmək idisə, bu, alınmadı, Putin buna getmədi. Əslində, o, ukraynalılara deyir ki, siz qala da, gedə də bilərsiniz - istədiyinizi edin, mən başqa işlərlə məşğul olacam”, - analitik vurğulayıb.

Lanqın fikrincə, Ukrayna tərəfi Kursku saxlaya bilməz, Putin də bunu bilir.

Ekspert həmçinin hesab edir ki, Rusiya ərazisinə hücum Ukraynaya maddi fayda verib. Xüsusən də hərbi əsirlərin ələ keçirilməsi və cəmiyyətdə ruh yüksəlişi ilə bağlı...


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
teleqraf.com

1Mənbələr