AZ

“Bəs niyə “Renault” və “Citroen” şirkətlərinin baş direktorları həbs olunmur?!" - Kreml

Rusiya hökumətinin “Telegram” messenceri ilə bağlı sualları olub, lakin heç kim onun təsisçisi Pavel Durovu həbs etməyib.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Əlbəttə, suallar var idi. Amma heç kim onu burada həbs etməyib”, - Peskov jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Jurnalist müsahibədən bir parçanı teleqram kanalında yerləşdirib.

“Bəli, həqiqətən terrorçular teleqramdan istifadə edir, amma terrorçular avtomobillərdən də istifadə edirlər. Bəs niyə onda “Renault” və “Citroen” şirkətlərinin baş direktorları həbs olunmur?!”, - Kreml nümayəndəsi söyləyib.

Seçilən
11
50
azpolitika.info

10Mənbələr