AZ

Ruslar Sudjanı yer üzündən silirlər..?

Rusiya Federasiyasının Kursk vilayətindəki Sudja şəhərinin arxa cəbhədə yerləşməsinə baxmayaraq, ruslar onu yer üzündən silir: idarə olunan aviasiya bombaları ilə bombalayır, artilleriya və kamikadze dronlardan atəşə tutur.

SİA xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları məlumat yayıb.

Qeyd olunur ki, avqustun 30-da yerli uşaq bağçasına rus bombası düşüb, bundan əlavə, düşmən təyyarələri Sudjada şəxsi evləri vurub.

...Şəhərdə 5 minə yaxın yerli əhalidən iki yüzə yaxın mülki şəxs qalıb, beynəlxalq humanitar hüquq normalarına əsasən, Ukrayna hərbçiləri onlara kömək edir. Qalanların böyük əksəriyyəti pensiya yaşında olan insanlardır. Onlar deyirlər ki, “hakimiyyət bizə heç nə barədə xəbərdarlıq etməyib: bizi burada atıblar.

Bunu Ukrayna Silahlı Qüvvələri bildirir.

Həmçinin bildirilir ki, bu yaxınlarda Ukraynanın yeni hərbi komendantlığının nümayəndələri Sudjada yerli əhalinin içməli suya çıxışı üçün su xətti yaradıblar.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
sia.az

10Mənbələr