AZ

Testonline.az saytının təqdimat mərasimi keçirilib-FOTOLAR

“Onlayn sınaq platforması- Təhsildə yeni dostunuz” adlı layihə çərçivəsində testonline.az saytının təqdimat mərasimi keçirilmişdir.

Son illər təhsil sahəsində rəqəmsal texnologiyaların rolu durmadan artmaqdadır. Bu inkişafın bir parçası olaraq Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə yeni bir onlayn sınaq platforması – testonline.az saytı istifadəyə verilmişdir.

Layihə, təhsil sisteminə müasir yanaşma gətirərək, təhsil prosesinin iştirakçıları üçün innovativ həllər təqdim etməyi hədəfləyir..Əsas səhifə – Online Test İmtahanı (testonline.az) saytı, tələbələrin biliyini artırmaq, imtahanlara hazırlığını gücləndirmək və təhsilin keyfiyyətini yüksəltmək məqsədilə yaradılmışdır. Platforma, fərdi yanaşma əsasında tələbələrin bilik səviyyəsini qiymətləndirir, onların zəif tərəflərini müəyyən edir və buna uyğun fərdi təhsil planı təqdim edir.

Təqdimat zamanı TGTİİB sədri Sona Əliyeva çıxış edərək layihə haqqında geniş məlumat vermis, daha sonra İT üzrə mütəxəssis Mircəlal Məmmədov saytın texniki imkanları, funksiyaları haqqında iştirakçıları məlumatlandırmışdır.

“Təhsildə Yeni Dostunuz” layihəsi, gələcəkdə təhsil sahəsində yeni texnoloji imkanları tətbiq edərək, təhsil prosesini daha əlçatan və effektiv etmək niyyətindədir. Layihə, təhsilin hər kəs üçün əlçatan olması və tələbələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün mükəmməl bir vasitə olacaqdır.

editor_35d8cb6ecdc059557aa31f79ebf682d9_njlg0x2mzoqu41h7w8es

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
3
editor.az

4Mənbələr