AZ

Liz Truss Britaniyanın növbəti Baş naziridir

Liz Truss Britaniya Mühafizəkarlar partiyasının lideri seçilib. Bu onun yeni Baş nazir seçilməsi deməkdir.

Hakimiyyətin rəsmi ötürülməsi prosesi çərşənbə axşamı günü Boris Johnson-un Downing Street iqaməthahında çıxışı ilə başlayacaq.

Daha sonra o, istefası barədə Kraliçaya məlumat verməlidir. Bundan sonra Kraliça II Elizabeth Liz Truss-a yeni hökuməti qurmağı həvalə edəcək.

Bununla da 47 yaşlı siyasətçi Böyük Britaniyanın üçüncü qadın Baş naziri olacaq.

Partiyanın deputatları Boris Johnson-un yerinə keçmək istəyən namizədlərdən birini seçmək üçün beş dəfə səs veriblər, axıra qalanlar maliyyə naziri Rishi Sunak və xarici işlər naziri Liz Truss-dir.

Sentyabrın 5-də elan olunan seçkilərin nəticələrinə görə, Liz Truss rəqibini məğlub edib. Truss səslərin 57 faizini qazanıb. Sunak-ı partiya üzvlərinin 43 faizi dəstəkləyib.

Liz Truss Baş nazir kimi çətin iqtisadi vəziyyətlə üzləşir. Belə ki, inflyasiya son 40 ilin zirvəsinə çatıb və enerji qiymətləri durmadan artmaqdadır.

Bazar ertəsi Liz Truss yaxın günlərdə enerji böhranı ilə bağlı təfərrüatlı plan təqdim edəcəyini vəd edib. Gözlənilir ki, bu sahədə partiya proqramı cümə günü elan edilsin.

Bundan əvvəl BBC-yə açıqlamasında son iyirmi ildə özünün də daxil olduğu hökumətlərin iqtisadi böyüməyə nail ola bilmədiyini deyən Truss-ı maliyyə naziri Sunakdan fərqləndirən ən mühüm məqam vergiləri azaltmaq vədidir.

Truss bunun inflyasiyaya səbəb olmayacağını, boğulan iqtisadiyyata təzə nəfəs verəcəyini bildirir.

İngiltərədə Azərbaycan dilini öyrənən əcnəbilərBöyük Britaniyanın Baş naziri Boris Johnson istefaya qərar verib. Nələr olacaq? 5 suala cavabdaİngiltərədə azərbaycanlı deputatın ailəsinə aid 5,6 milyon funt sterlinq müsadirə edilib

Truss-ın digər vədləri:

son bir ildə artırılan sosial sığorta haqlarının yenidən azaldılması;2023-cü ildə 19 faizdən 25 faizə yüksəldilməsi nəzərdə tutulan korporativ vergi artımının ləğv edilməsi;“Yaşıl” layihələrə xərclənəcək enerjinin qiymətinə əlavə edilmiş verginin dondurulması;Pandemiya dövründəki vergi borclarının müddətinin uzadılması və və dövlət tərəfindən ödənilməsi;Ölkənin müxtəlif yerlərində azad ticarət zonalarının yaradılması;Müdafiə büdcəsi üçün nəzərdə tutulan məbləğin yarım bənd artırılaraq 2026-cı ildə  ÜDM-in 2,5 faizinə, 2030-cu ildə isə 3 faizinə çatdırılması.Valideynləri solçudurlar

47 yaşlı Liz Truss Britaniyanın ikinci qadın xarici işlər naziri olub. Parlamentə seçiləndən sonra hökumətdə daxili və xarici siyasətlə bağlı bir sıra mühüm vəzifələrdə çalışıb.

1975-ci ildə Oksfordda anadan olan Truss-ın atası riyaziyyat professoru, anası tibb bacısıdır. Hər ikisinin solçu olduğunu deyən nazir onların yolunu davam etdirməyib.

Qardaşı bir dəfə BBC radiosuna deyib ki, uşaq vaxtı Lizlə birlikdə “Monopoliya” oynamağı xoşlayıblar və uduzmağa nifrət edən Liz məğlub olmaqdansa yoxa çıxmağı üstün tutub.

Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alan Truss tələbələr arasındakı siyasi fəaliyyətlərdə fəal iştirak edib; əvvəlcə Liberal Demokrat Partiyasına, sonra isə Mühafizəkarlar Partiyasına üzv olub.

Təhsilini bitirəndən sonra “Shell və Cable & Wireless” şirkətlərində mühasibatlıq departamentində çalışıb, amma hələ o vaxtdan siyasətlə məşğul olmaq istəyib.

Liz

Şəklin mənbəyi, Alamy

Seçilən
179
18
bbc.com

10Mənbələr