“Düşünmürəm ki, qol vura bilməyimizə təcrübə çatmadı”.
Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə deyib.
27 yaşlı mərkəz oyunçusu "Dinamo"nun Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"a 5 cavabsız qol vurmasının komandasının təcrübəsizliyi ilə əlaqəli olmadığını bildirib:
“Bəzən olur ki, yüz faizlik şansı dəyərləndirə bilmirsən. Təcrübə çatışmazlığı deməzdim, şans deyərdim.
Düşünürəm ki, son vuruşların üzərində də çalışmalıyıq. Avroliqada daha yaxşı nəticə verməyə çalışacağıq".