Ukrayna hökuməti həbsxanalarda yer çatışmazlığı səbəbindən “Əməkdaşlıq fəaliyyəti haqqında” qanunun dəyişdirilməsini müzakirə edir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna Prezident Aparatının rəsmisi Denis Çistikov Birinci Qərb telekanalında bildirib.
Onun sözlərinə görə, indi Ukraynanın penitensiar sistemi maksimum 115 min məhbusu qəbul edə bilər, baxmayaraq ki, təkcə Krımda məsuliyyətə cəlb olunanların sayı 200 min nəfəri keçəcək.
Krım ərazisində, Ukraynanın mövcud qanunvericiliyinə görə, məsuliyyətə cəlb olunanların sayı 200 min nəfəri keçəcək. Sistem isə bu qədər məhbus üçün hazır deyil.
Daha əvvəl məlum olmuşdu ki, Rusiyanın xalq artisti Vladimir Maşkovun adı Ukraynanın milli təhlükəsizliyini təhdid edən şəxslər siyahısına daxil edilib.
Kiyev "Ləğvetmə" ulduzundan əlavə, bu sənətçilər siyahısına Natalya Antonova, Sergey Veksler, Vitali Qoqunski və Alena Yakovlevanı da əlavə edib.
Əli Babayev