AZ

“Düzgün yoldayıq...” -Roman Qriqorçuk

“Şamaxı” ilə səfərdə 0:0 hesablı heç-heçə edən “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Redaktor.az xəbər verir ki, o, oyundan narazı qaldığını deyib.

“Nəticədən narazı qaldım. Amma bizim yaxşı olmaq potensialımız var. Oyunçularımızın çoxu komandaya tam uyğunlaşmayıblar. Buna görə də axsamalarımız var”, - ukraynalı mütəxəssis bildirib.

O sözlərinə belə davam edib: “Birmənalı deyərəm ki, bugünkü və əvvəlki oyunları nəzərə alsaq, yaxşı mənada fərq böyükdür. Çünki bu gün qol epizodları yaratdıq. Onları vurmalıydıq. Çoxlu qollar vura bilərdik. Çünki cəmi bir qol epizodu yaratmamışdıq. Amma yaradılan şanslardan yararlana bilmədik. Çətinliyimiz bunda idi”.

Qriqorçuk qeyd edib ki, milli komandanın oyunları ilə bağlı yaranacaq fasilə onlar üçün çox vacibdir: “Komandamızın daha da yaxşı komplektləşməsi lazımdır. Tam olaraq işləyə bilmədiyimiz faktorların üzərində fasilədə çalışacağıq. İstəyirik ki, komandamız daha da sərt şəkildə hücumlar yaratsın. Bu gün bir neçə epizodda bunu görə bildik. Amma daha yaxşısını görmək istəyirik”.

Qriqorçuk transferləri əvvəldən deyil, mövsümün gedişində etmələri ilə bağlı sualı da cavablandırıb: “Toplanışa indiki heyətlə başlasaydıq, 300 faiz daha yaxşı oynayardıq, daha yaxşı çıxış edərdik. Amma bəzi səbəblər var ki, bilirik, bəzilərini bilmirik. O səbəblərə görə belə başlamalı olduq. Şükürlər olsun ki, düzgün yoldayıq, düzgün yanaşmadayıq. Ümid edirəm ki, qarşıdakı günlərdə zədəli oyunçularımız da artıq bizimlə birlikdə olacaq və komandanı istədiyimiz kimi komplektləşdirəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
13
redaktor.az

10Mənbələr