Solçu “Tabe olmayan Fransa” partiyası prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlayıb, partiyanın parlament fraksiyasının rəhbəri Matilda Panoşənbə günü, avqustun 31-də X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Deutsche Welle” yazır.
...Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq respublika prezidentinə qarşı impiçment prosedurunun başlanmasına dair qətnamə təklifi bu gün birgə imzalanması üçün parlamentarilərə göndərilib. Makron seçicilərin etdiyi seçimə tabe olmaqdan imtina edir, ona görə də biz onu kənarlaşdırmalıyıq.
Bunu Matilda yazıb.
...Söhbət impiçmentə başlamaq üçün parlamentin çağırılması barədə qətnamədən gedir.
“Tabe olmayan Fransa” bu qərarı Makronun solçu Yeni Xalq Cəbhəsiblokundan vahid namizəd, iqtisadçı Lüsi Kasteti baş nazir postuna təyin etməkdən imtina etdiyi üçün verib.
Partiya hesab edir ki, bu, onun səlahiyyətlərindən sui-istifadə etdiyini göstərir
“Tabe olmayan Fransa”nınmilli koordinatoru Manuel Bompard izah edib. Konstitusiyanın 68-ci maddəsi Fransa prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur.
Bu, parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir. Birinci mərhələdə impiçment təşəbbüskarları 58 deputatın (aşağı palata tərkibinin onda biri) imzasını toplamalıdır.
Sonra Palatanın Bürosu qərar layihəsinin baxılmaq üçün qəbul edilib-edilmədiyini müəyyən etməlidir. Daha sonra layihə müvafiq komissiya tərəfindən təsdiqlənməlidir. Qətnamənin təsdiqi üçün Milli Məclis deputatlarının üçdə ikisi onun lehinə səs verməlidir.
Sonra layihə Senata (parlamentin yuxarı palatası) ötürülür. Hər iki palata sənədi dəstəkləsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçment üçün qətnaməni iki palatanın 925 üzvündən ən azı 617-si dəstəkləməlidir.
Əli Babayev