AZ

Zelenskidən SON DƏQİQƏ müraciəti: "Rusiyanı müharibəyə son qoymağa..."

"Ukrayna səmasının Rusiyanın idarə olunan aviasiya bombalarından təmizlənməsi Rusiyanı müharibəyə son qoymağa və ədalətli sülhə nail olmağa məcbur etmək üçün güclü addımdır."

Musavat.com xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski özünün ənənəvi gecə müraciətində  bildirib.

O, ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya müraciət edib:

"Mən ABŞ, Böyük Britaniya, Fransa və Almaniyaya müraciət edirəm: bizə Ukraynanı və ukraynalıları həqiqətən və tam şəkildə müdafiə etmək üçün imkanlar lazımdır. Bizə həm uzaq mənzilli icazələrə, həm də sizin uzaq mənzilli mərmi və raketlərə ehtiyacımız var. Həyati vacib qərarları təxirə salmaq olmaz. Sizinlə hava hücumundan müdafiə və hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı müqavilələrimiz var. Bütün bunların mümkün qədər tez həyata keçirilməsi vacibdir. Mən dünyada bizə kömək edən hər kəsə təşəkkür edirəm!"

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
12
musavat.com

5Mənbələr