Bakı. Trend:
Terror təşkilatları ilə mübarizəmiz davam edəcək.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədəTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“40 ilə yaxındır böyüyən FETÖ-nün vətənə xəyanət dəstəsininkökünü kəsməklə yanaşı, ordumuzu hər sahədə gücləndirdik. Çevrilişcəhdindən sonra terrora zərbələr endirdik. Terror təşkilatlarıqaçmağa yer axtarırlar, ancaq tapa bilməyəcəklər. Son 2 ildir ki,"Pəncə" əməliyyatlarımızla İraqın şimalındakı terror bataqlığınıqurutmağa çalışırıq”, – deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyə raketlərdən tutmuş hava hücumundanmüdafiə sistemlərinə qədər Hərbi Hava Qüvvələrinin ehtiyac duyduğuhər şeyi istehsal etmək, inkişaf etdirmək və ya təmin etmək üçünçalışır.