AZ

Ukrayna Rusiya ərazisində vurmaq istədiyi hədəfləri ABŞ-yə təqdim edib

Kiyev Rusiya ərazisində Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə vurmaq istədiyi hədəflərin siyahısını ABŞ-yə təqdim edib.

“Report” xəbər verir ki, bu barədə “CNN” telekanalına Ukraynanın müdafiə naziri Rüstəm Umerov bildirib.

O qeyd edib ki, Ukrayna “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketlərindən istifadə ilə bağlı məhdudiyyətlərin ləğvində israrlıdır.

Onun sözlərinə görə, Ağ Ev hələ də Kiyevin uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müraciətinə baxır.

“CNN” Amerika administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb ki, Amerika Birləşmiş Ştatları Kiyev hakimiyyətinə açıq şəkildə bildirib ki, artıq çox sayda “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketləri tədarük etmək fikrində deyil.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
7
azpolitika.info

10Mənbələr