Kiyev Rusiya ərazisində Ukrayna Silahlı Qüvvələrinin uzaqmənzilli raketlərlə vurmaq istədiyi hədəflərin siyahısını ABŞ-a təqdim edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalına Ukraynanın müdafiə naziri Rüstəm Umerov bildirib.O qeyd edib ki, Ukrayna “ATACMS” (Army Tactical Missile System) taktiki ballistik raketlərindən istifadə ilə bağlı məhdudiyyətlərin ləğvində israrlıdır.
Onun sözlərinə görə, Ağ Ev hələ də Kiyevin uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müraciətinə baxır.