AZ

La Liqa: “Barselona”dan “Valyadolid”ə 7 cavabsız qol

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 4-cü turuna start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

Turun açılış matçında “Barselona” doğma meydanda “Valyadolid”lə qarşılaşıb və rəqibini 7 cavabsız qolla məğlub edib.

Səfərdə “Atletik”lə qarşılaşan Madrid “Atletiko”su rəqibini tək qolla məğlub edib. “Malyorka” da “Leqanes”lə səfər oyununda oxşar uğura imza atıb.

Üç qolun qeydə alındığı “Espanyol” – “Rayo Valyekano” matçı meydan sahiblərinin xeyrinə yekunlaşıb.

“Valensiya” – “Vilyarreal” görüşündə isə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İspaniya, La Liqa
4-cü tur
31 avqust

Barselona – Valyadolid 7:0
Qollar: Rafinya, 20; 64; 72. Levandovski, 24. Kunde, 45+2. Olmo, 82. F.Torres, 85.

Atletik – Atletiko 0:1
Qol: A.Korrea, 90+2.

Espanyol – Rayo Valyekano 2:1
Qollar: K.Romero, 8. A.Velis, 90+6 – A.Qarsiya, 4.

Leqanes – Malyorka 0:1
Qol: D.Rodriqes, 43.

Valensiya – Vilyarreal 1:1
Qollar: Duro, 24 – A.Peres, 45+3.

1 sentyabr

19:00. Alaves – Las Palmas
19:00. Osasuna – Selta
21:00. Sevilya – Jirona
21:15. Xetafe – Real Sosyedad
23:30. Real – Betis

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
48
arena.az

10Mənbələr