AZ

İsrail ordusu üzücü xəbəri ELAN ETDİ: "Bir neçə saat sonra..."

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında bir neçə girovun cəsədini tapıb.

OXU24.COM  xəbər verir ki, bu barədə hərbi idarənin mətbuat xidməti məlumat yayıb.

Söhbət 2023-cü il oktyabrın 7-də HƏMAS radikalları tərəfindən oğurlanan girovlardan gedir.

"Hazırda qoşunlar bölgədə əməliyyatı davam etdirir və cəsədlərin çıxarılması və şəxsiyyətinin müəyyən edilməsi prosesini həyata keçirirlər, bu bir neçə saat çəkəcək", - məlumatda deyilir.

Qeyd edək ki, şərşənbə axşamı da İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən 2023-cü il oktyabrın 7-də Qəzza zolağında xüsusi əməliyyat zamanı oğurlanmış girovu azad etdiyini açıqlayıb .

Həmin gün "Al Hadath" telekanalı HƏMAS-ın əlində olan girovlardan birinin qaça bildiyini bildirib. Mənbələr iddia edir ki, məhbus Qəzza zolağından uğurla çıxıb və İsrail ordusunun postuna çatıb.

Seçilən
117
50
oxu24.com

10Mənbələr