AZ

Yeni parlamentin formalaşdırılması PROSESİ: “Seçkilər xalqımın iradəsini ifadə edəcək”

“Hesab edirəm ki, bütövlükdə ölkəmizin suverenliyini, dövlət müstəqilliyini, eləcə də milli və dövlətçilik maraqlarını qoruyacaq bir parlamentin formalaşması reallığa çevriləcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında hazırda ölkəmizdə keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlərini bölüşən 37 saylı Qaradağ seçki dairəsindən deputatlığa namizəd Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə parlament seçkiləri keçirilir və bu seçkilər ən mühüm siyasi hadisələrdən biridir.

“Hazırda keçirilən parlament seçkilərinin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, seçkilər ərazisi tam bərpa olunmuş, suveren, bütöv Azərbaycanda keçirilir. Bu bizdə qürur hissi doğurur. Mən də artıq səsvermədə iştirak etdim. 11 saylı seçki dairəsində səs verdim.

Müşahidəm onu göstərir ki, seçkilər tam azad və demokratik şəraitdə keçirilir. Seçicilərin hər birinin özünün istəklərini və iradəsini ifadə etmək üçün şərait yaradılıb. Hesab edirəm ki, demokratik və azad bir şəraitdə keçirilən parlament seçkiləri bütövlükdə xalqımızın istəyini ifadə edəcək”, – deyə o bildirib.

A.Hüseynov vurğulayıb ki, gələcəkdə formalaşacaq parlament Azərbaycan xalqının və dövlətinin mənafeyini təmsil etməyə qadir olacaq bir parlament olacağına şübhə yoxdur:

“Eyni zamanda, məlumdur ki, parlament qanunlar qəbul etməklə yanaşı hər bir parlament üzvünün təmsilçilik hüququ var. Hesab edirəm ki, bütövlükdə ölkəmizin suverenliyini, dövlət müstəqilliyini, eləcə də milli və dövlətçilik maraqlarını qoruyacaq bir parlamentin formalaşması reallığa çevriləcək”.

İsmayıl Bakuvi

Seçilən
48
yenicag.az

1Mənbələr