AZ

Təmkin Xəlilzadə: "Çempionlar Liqasını qazanmaq istəyirik"

Minifutbol üzrə Azərbaycan çemiponu "Birbaşa Bakı" ölkəmizi Çempionlar Liqasında təmsil edəcək.

Komanda bu gün son məşqinə çıxıb və ardınca ÇL-in oyunları üçün Polşanın paytaxtı Varşavaya yollanacaq. 

"Birbaşa Bakı"nın aparıcı üzvü Təmkin Xəlilzadə Sportal.az saytına açıqlama verib. O, komandanın hazırlığı haqda danışıb:

"Avropa çempionatından gəldikdən sonra bir az istirahət etdik. Ondan sonra komanda şəklində toplandıq. Blirdik ki, bizi Çempionlar Liqası gözləyir. Bir aydır, ayyarımdır ki, çox yaxşı hazırlaşırıq. Keçən mövsüm də istədiyimiz nəticəni əldə etdik. Amma baxanda, hiss olunur ki, uşaqlar daha da yaxşı formadadır. Hamı dərk edir ki, hara gedirik, Azərbyacanı təmsil edirik. Ən yaxşə şəkildə təmsil etməyə çalışırıq. Məşqlərimiz öz qaydasında idi. İki günə dörd yoxlama görüşü oynadıq. İşlədiyimiz taktikaları təcrübədən keçirdik. Ümidlərimiz çoxdur. Bu komanda ora ancaq kuboku gətirməyə gedir. Yaxşı komandamız var".

Xəlilzadə, ölkə çempionunun Çempionlar Liqasındakı məqsədləri haqda fikir bildirib: "Qrupumuzdakı rəqiblər və çempionluq? Bu futbola iki ildir ki, oynayıram. Buradakı rəqibləri yeni-yeni tanımağa başlayıram. Rumıniyadakı ötən il ÇL-dəki oyunlarda iştirak etdim. Uşaqlar öz aramızda danışırıq. Oradakı komandaların səviyyələrinə baxanda, bizdə olan potensiallı uşaqlar oradakı komandaların çoxunda yoxdur. Var, 1-2 nəfər. Amma bizdə kollektivdə çox yaxşı uşaqlar var. Çox yaxşı baş məşqçimiz var, bu futbolu çox yaxşı bilir. Ondan hər gün yeni bir şey öyrənirik, bizdən nə istədiyini bilirik. Çempion olmaq istəyirik. Biz də bacardığımız qədər onun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Əgər onun dediklərini yerinə yetirə bilsək, inanmıram, orada hansısa komanda bizi məyus etsin. Mükafat? Böyük futbol oynamışam. Orada heç bu qədər komandaya bu qədər diqqət yetirən, canfəşanlıq edən rəhbərlər az görmüşük. O insanlardan biri də bizim rəhbərlərdir. Komanda üçün hər şeyi edirlər. Pul haqda danışmamışıq. Bilirik ki, danışmağa ehtiyac yoxdur. Çempion olsaq, necə olacağını onsuz da bilirik".

Təcrübəli futbolçu ÇL öncəsi həyəcanının olmamağı haqda isə bu cür danışıb: "Bəli, böyük futbolda avrokuboklar oynamışam. Həmin həyəcan varmı? Mən ötən mövsüm də minifutbolda ÇL-də oynadım. Birinci turnirim deyil, keçən il Rumıniyaya getdik. 1/4 də uduzduq. Səbrisizliklə gözləyirdim ki, burada necə olur. Çox maraqlı idi. Heyf ki, titulsuz qayıtdıq. Amma mənim üçün də təcrübə oldu. Sonra Avropa və dünya çempionatında oynadım. Həyəcan olmadı. Mənim xarakterimi meydanda görmüsüz, meydana çıxıramsa, uduzmağı sevmirəm. Uşaqla da meydana çıxsam, qələbə üçün canımı qoyacam. Hazırlaşırıq, görək necə olacaq".

Qeyd edək ki, “Birbaşa Bakı” E qrupunda “Brno”(Çexiya), “Livorno” (İtaliya), “Malaqa” (İspaniya) komandaları ilə görüşəcək. Çempionlar Liqasının oyunları sentyabrın 5-də Polşanın Varşava şəhərində start götürəcək.

Mirbağırağa

saytlarin hazirlanmasi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
sportal.az

2Mənbələr