AZ

İtaliyada məhbuslar üsyan qaldırıb, 8 nəfər yaralanıb

İtaliyada

Roma, 1 sentyabr, AZƏRTAC

İtaliyanın Milan şəhərindəki yetkinlik yaşına çatmayanların olduğu cəzaçəkmə müəssisəsində məhbuslar üsyan qaldırıblar.

AZƏRTAC xəbər verir ki, kameralarda döşəkləri yandıran məhbuslar daha sonra qapıları sındırıblar. Əraziyə yanğınsöndürmə briqadası və təhlükəsizlik qüvvələri cəlb olunub. İğtişaşlar nəticəsində 8 məhbus və bir həbsxana işçisi yaralanıb.

Həbsxanadakı 58 məhbusdan üçü divara dırmaşaraq qaçmağı bacarıb. Onlardan birinin təhlükəsizlik qüvvələri tərəfindən dərhal yaxalandığı bildirilib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
12
azertag.az

10Mənbələr