AZ

Belaruslu müşahidəçi: Füzuli və Xankəndidəki səsvermədə hər cür şərait yaradılıb

“Səsvermə prosesini müşahidə etdiyimiz işğaldan azad olunan Füzuli və Xankəndi şəhərlərində vətəndaşların iradəsini rahat bildirməsi üçün hər cür şərait yaradılıb”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko deyib.

O bildirib ki, müşahidələri nəticəsində Azərbaycanda səsvermə prosesinin Seçki Məcəlləsinə uyğun olaraq təşkil edildiyi qənaətinə gəlinib:

“Biz işğaldan azad olunan və hazırda bərpası həyata keçirilən ərazilərdəki seçki məntəqələrində olduq. Söhbət Füzuli və Xankəndi şəhərlərindən gedir. Biz həm də Şuşa şəhərində olacağıq. Onu deyə bilərəm ki, vətəndaşların öz iradəsini rahat şəkildə bildirməsi, eləcə də ictimai asayişin təminatı kimi şərtlərə əməl olunub, proses Seçki Məcəlləsinə uyğun şəkildə təşkil edilib. Xalqın seçimi üçün şərait yaradılıb. Sadə insanlar da deyirlər ki, onlar yalnız ölkənin çiçəklənməsinə xidmət edəcək deputatların seçiləcəyinə əmindirlər. Hər iki ölkənin parlament sədrləri arasında dostluq münasibətləri mövcuddur. Ümid edirik ki, onların arasındakı səmimi münasibətlər parlamentlərimizin də əlaqələrində özünü göstərəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
4
apa.az

2Mənbələr