Paris-2024 Yay Paralimpiya Oyunlarında triatlon yarışı, Sena çayında suyun keyfiyyətinin aşağı olması səbəbindən təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, yarışın Təşkilat Komitəsi, bu gün keçirilməsi planlaşdırılan tədbirin sabah baş tutacağını açıqlayıb.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları zamanı da eyni səbəbdən çayda keçiriləcək məşq və yarışlar təxirə salınmışdı.
Bu vəziyyət, idmançıların təhlükəsizliyi və sağlamlığı üçün əhəmiyyətli bir addım olaraq qiymətləndirilir.