AZ

Parlament seçkiləri azad və demokratik şəraitdə baş tutub



"1 sentyabr 2024-cü il tarixdə keçirilən növbədənkənar parlament seçkiləri azad və demokratik şəraitdə baş tutub. Seçkilərin nəticələrinə ciddi təsir göstərə biləcək hər hansı qanun pozuntusu qeydə alınmayıb"

Newscenter.az xəbər verir ki, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, seçicilər heç bir kənar təsir olmadan, öz iradələri ilə istədikləri namizədə səs veriblər:

"İstər səsvermə prosesində apardığımız müşahidələr. eləcə də digər seçki məntəqələrində seçkilərin gedişini izlədiyimiz zaman bunun əyani şahidi olduq. Düzdür, Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlara əsasən bəzi seçki məntəqələrində xırda problemlər meydana gəlib və həmin problemlər də araşdırılır. Ancaq ümumilikdə, həmin neqayiv hallar da seçkilərin nəticələrinə ciddi təsir edəcək problemlər deyil".

Arzuman Muradlı deyib ki, bu seçkilər xüsusi əhəmiyyət kəsb edirdi:

"Müstəqillik dövrünün parlament tariximizdə ilk dəfə idi ki, qanunverici orqana seçkilər bütün ölkə ərazisini əhatə edirdi. Digər bir məqam isə ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərimizdə yüksək seçici fəallığı nümayiş olundu".

Süleyman
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
newscenter.az

1Mənbələr