AZ

121 illik açıqcanı gördükdən sonra qohumları ilə TANIŞ OLDU - FOTO

121 illik açıqcanı gördükdən sonra qohumları ilə TANIŞ OLDU - FOTO

İnternetdə nəsil ağacını daim izləyən Helen Roberts babasının qardaşından mesaj alıb. Həmin mesaj qadına tanımadığı qohumlarını tapmağa kömək edib. 121 yaşlı açıqca qadına çatdırıldıqdan sonra o, ailə üzvləri və qohumları ilə görüşə bilib.

Sonxeber.az xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb. Sözügedən açıqca Bu ayın əvvəlində açıqca S elsin Suonsi şəhərində yerləşən bir ünvana çat dırılıb. Helen Roberts hələ də babasının uşaqlıq evindən uzaq olmayan bir ərazidə yaşayır. Qadına çatırılan mesajda isə bunlar deyilib:

"Əziz L. Mən edə bilmədim,bu cütləri almaq mümkün deyildi. Üzr istəyirəm, amma ümid edirəm evdə yaxşı vaxt keçirirsən. Hazırda qatar gediş haqqı istisna olmaqla, 10 şillinq cib xərcliyim var. Buna görə yaxşıyam. Məni Gilbert xanıma və Johna xatırladın. Evartdan hamıya sevgilər".

Qadın açıqcanı oxuduqdan sonra ona mesaj gəlib. Daha sonra ona hər şey məlum olub:

"Bu mesaj sosial mediada yazını görən bir xanımdan idi və o açıqcanın göndərildiyi şəxsin adını və ünvanını Ancestriyə qoydu və sonra nəsil ağacımı araşdırmağa başladı. Amma açıqcada ünvanı və adları görəndə bildim ki, mənim babamdır".

Helen ailə üzvlərini tapdıqdan sonra onlarla görüşüb və keçirdiyi hissləri açıqlayıb:

"Mən indiyə qədər onları tanımamışam. Amma onları tanımaq və görmək çox gözəl oldu. Bəzi suallar yarandı. Amma babamın bacıları ilə yaxından tanış oldum".
121

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
sonxeber.az

1Mənbələr