AZ

Hansi Flik zədəli Frenki de Yonqun səhhəti haqda danışdı

“Barselona”nın baş məşqçisi Hansi Flik niderlandlı zədəli yarımmüdafiəçi Frenki de Yonqun səhhəti ilə bağlı sualı cavablayıb.

Arena.az alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Ümidvaram ki, onun cərrahi əməliyyata ehtiyacı yoxdur. O, artıq yaxşı məşq edir. Gəlin görək, vəziyyət necə inkişaf edəcək. Mən onun beynəlxalq fasilədən sonra qayıtmasını istərdim, amma bunu deyə bilmərəm. Həkimlər ona çox yaxşı baxırlar”, deyə Hansi Flik vurğulayıb.

Yeri gəlmişkən, Flik “Real”ın İspaniya La Liqasında mövsümə uğurlu başlamamasına təəccüblənib-təccüblənmədiyi ilə bağlı sualı da cavablayıb: “Uzun bir mövsüm olacaq və mən bütün diqqətimi “Real”a yönəltmirəm. Bütün diqqətimi “Barselona”ya yönəldirəm, məni həyəcanlandıran da budur. Biz öz işimizə köklənmişik. Biz yaxşıyıq. Futbolçular yaxşı formadadırlar. Yaxşı istirahət edirlər, məşq edirlər, bu, müsbət haldır”, deyə alman mütəxəssis suala cavabdan yayınıb.

Qeyd edək ki, “Barselona” De Yonqla bağlı növbəti 15 günlük müddət müəyyən edib. Bu müddət ərzində klub niderlandlı yarımmüdafiəçinin komandaya qayıtmağa hazır olub-olmadığını müəyyən etməlidir.

Xatırladaq ki, De Yonq aprelin 21-də “Santyaqo Bernabeu”da keçirilmiş “Real”la “el-klasiko”da topuğundan zədə almışdı.

De Yonq ayağının bu hissəsini əvvəllər də bir neçə dəfə zədələyib. Buna görə də futbolçu uzunmüddətli müalicə tələb edirdi.

“Barselona” isə futbolçuya həqiqətən ehtiyacı olduğu üçün narahatlıq yaratsa da, ondan oynamağa başlamasını tələb edir. Futbolçunun özü isə yenidən meydana qayıtmazdan əvvəl tam sağalmaq niyyətindədir.

Vurğulanır ki, bununla bağlı “Barselona” De Yonqun hələ oynamağa hazır olmadığı qənaətinə gəlsə, klub futbolçunun cərrahi əməliyyat edilməsində israrlı olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
arena.az

1Mənbələr