AZ

“Vətəndaşlara heç bir maneə yaradılmayıb”

“Azərbaycanda seçkilər Azərbaycan Konstitusiyası​na, beynəlxalq qanunlara uyğun keçirilib. Seçki məcəlləsinin müddəalarının pozulma halları aşkarlanmayıb. Vətəndaşlara iradələrini azad şəkildə ifadə etməyə heç bir maneə yaradılmayıb. Missiyamız seçkiləri şəffaf, etibarlı və uğurlu hesab edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibinin müavini Nuran Niyazəliyev növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, missiya nümayəndələrinə Azərbaycan seçki məntəqələrinə səfərlər zamanı bütün lazımi sənədlər təqdim olunub, şərait yaradılıb: “Monitorinq missiyamıza şəraitin yaradılması sekçinin açıq, şəffaf keçirildiyini göstərir. Nümayəndələrimiz səsvermə günündən əvvəl hazırlıq işlərini müşahidə etmək üçün bəzi məntəqələrə baş çəkiblər. Bakı və ətraf ərazilərdə 57 məntəqədə müşahidə apardıq. Məntəqələrə yerli icra hakimiyyəti orqanları ilə əvvəlcədən razılaşdırmadan, spontan həyata keçirdik. Məntəqələrdəki heyətin peşəkarlıq səviyyəsini xüsusi olaraq qeyd etmək istəyirəm. Hər hansı sual yaranan zaman bütün lazımi izahatlar verilirdi. MSK əməkdaşkarı yüksək peşəkarlıq və şəffaflıq nümayiş etdiriblər”. 

O əlavə edib ki, səslərin sayılması prosesini də müşahidə ediblər. Onlara hər hansı şikayət, iradla bağlı müraciət olunmayıb.

Gülnar Əliyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
qafqazinfo.az

2Mənbələr