AZ

Toyda kişi Şəbnəmə HÜCUM ÇƏKDİ: Hədələyib toyu tərk etdi

Məhərrəmlik ayı başa çatar-çatmaz Şəbnəm Tovuzlu ilk toyundaca böyük qalmaqal yaşayıb.

Millitv.net xəbər verir ki, yayılan kadrlardan qadın müğənninin özünü “toy sahibi” kimi təqdim edən şəxslə mahnı ifa etdiyi məqamda ciddi mübahisəyə başladığı aydın görünür.

Buna səbəb həmin şəxsin Şəbnəmlə əl-qolla və sərt danışması olub. Müğənni bu davranışa sərt etiraz edərək, sözügedən kişiyə ağır ifadələrlə cavab verib. Tərəflər sakitləşdirmək mümkün olmayıb. Müğənni tanımadığı həmin şəxsə “Sənin həyat yoldaşın yazıqdır”, – ifadəsi ilə odun üstünə “benzin töküb”.

Əsəbləri soyumayan Ş.Tovuzlu mahnını yarımçıq saxladıb, mikrafonu ataraq həmin şəxsə hədə-qorxu dolu ifadələr (restoranı tərk edərkən əli ilə “sənin ağzını cırdıraram” işarəsini edib – red) işlədərək restoranı tərk edib. (Titul.az)

Bu da sözügedən qalmaqal videosu:

Seçilən
209
20
millitv.net

10Mənbələr