AZ

Fərdinin İngiltərə macərası zədə ilə başladı

Bu günlərdə ''30+5'' milyon avroya ''Fənərbaxça''dan ''Brayton''a transfer olunan Fərdi Kadıoğlunun İngiltərə macərası zədə ilə başladı.

Belə ki, 24 yaşlı futbolçu cümə axşamı yeni komandası ilə çıxdığı ilk məşqdə əzələsindən zədə alıb. Türkiyə yığmasının üzvünün bu tur ''Arsenal''a qarşı oyunda debüt edəcəyi gözlənilirdi. Amma tibbi müayinədən sonra Fərdinin zədəsinin gözləniləndən ciddi olduğu üzə çıxıb.

Türkiyə Futbol Federasiyasının rəsmi saytında da futbolçunun zədələnməsi barədə məlumat yerləşdirilib. Çünki Fərdi bu zədə üzündən həm də yığmanın qarşıdakı iki oyununu buraxmalı olacaq. Bəzi mənbələr iddia edir ki, Fərdidə 2-ci dərəcəli əzələ yırtığı müəyyən edilib və o, 4-5 həftəliyə sıradan çıxıb. Amma istedadlı oyuncunun yalnız 15-20 günlüyə sıradan çıxdığını iddia edən Türkiyə saytları da var.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
football-plus.az

1Mənbələr