AZ

“Sursat anbarı kimi istifadə olunan mağaranı məhv etdik”, Ə.Yerlikaya

 

  Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya Şırnak rayonunun Cudi dağı ətəyində separatçı terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyat zamanı təşkilatın sursat anbarı kimi istifadə etdiyi mağaranın məhv edildiyini bildirib.

  Ə.Yerlikaya sosial media hesabından verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin Şırnakın Cudi dağının çöl bölgəsində “Gürz-12” əməliyyatı keçirdiyini söyləyib: “Əməliyyat zamanı terrorçuların silah-sursat anbarı kimi istifadə etdiyi mağara aşkar olunub və çoxlu sayda partlayıcı, silah və yaşayış materialı ələ keçirilərək mağara məhv edilib.

  Terror təşkilatının logistika məqsədləri üçün istifadə etmək və fəaliyyət göstərməyə hazırladığı yuvalar aşkar edilərək dağıdılıb.

  Əziz millətimiz bilsin ki, biz ilin 365 günü, 4 fəsil, 12 ay, gecə-gündüz əməliyyat keçiririk, həm şəhərdə, həm kənddə.

  Sonuncusu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək.

  Əməliyyatları həyata keçirən qəhrəman jandarmamıza minnətdarıq”.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
trt.net.tr

1Mənbələr