AZ

Lombarddan pul götürəndə diqqətli olun - Aldadıla bilərsiz

“Bu gün insanların lombardlara üz tutmasının əsas səbəbi onların əlçatan olmasıdır. Yəni kiminsə təcili vəsaitə ehtiyacı olanda hər hansı qiymətli bir əşyanı girov kimi təqdim edib onun müqabilində vəsait götürür. Hətta bəzən lombardlar mobil telefon, kompüter, avtomobili girov götürüb dərhal vəsait ayırırlar”.



Bunu iqtisadçı ekspert Eyyub Kərimli Bakupost.az -a bildirib.

Onun sözlərinə görə, bankalardakı sənədləşmə işlərinin vaxt aparması lombardların fəaliyyətinə geniş imkanlar yaradır:

“Banklar kredit şərtlərini çətinləşdirdiyindən pula ehtiyacı olanlar lombardlara üz tutur, qızıl qarşılığında pul götürürlər. Burada qızılın qramından asılı olaraq məbləğ dəyişir. Bankdan fərqli olaraq lombarddan aldığın məbləğin miqdarından asılı olaraq ödənilən aylıq ödəniş insanların aldığı borcun üzərindən getmir. Götürülən məbləği bütöv geri qaytardıqda girov qoyulan qızılları geri almaq mümkün olur. İnsanlar lombardlardan fəaliyyətləri ilə bağlı sənəd tələb etməli, imza atdıqları sənədlərə diqqət yetirməli, müqavilə şərtlərini öyrənməlidirlər. Bəzən müşahidə edirik ki, lombardlar gizlin yerlərdə kiçik xidmət ofisi kimi fəaliyyət göstərirlər. Belə olan hallarda insanlar çox diqqətli olmalı və bu nüansla fikir verməlidirlər”.


İqtisadçı qeyd edib ki, ölkədə qanunsuz fəaliyyət göstərən, özlərini lombard təşkilatları kimi qələmə verən qurumlar var.

Vətəndaşlar əgər lombarda müraciət edirlərsə, nəyə imza atdıqlarına baxmalı, onların qanuni fəaliyyət göstərmələrini araşdırmalıdırlar.

Sevinc,
BakuPost
phrase_var_article.chosen
53
bakupost.az

1phrase_var_article.sources