SSRİ yığmasının heyətində üçqat olimpiya və yeddiqat dünya çempionu olmuş sərbəst güləşçi Aleksandr Medved 87 yaşında vəfat edib.
Bu barədə Rusiya Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
A.Medved 1972-ci ildə keçirilmiş Yay Olimpiya Oyunlarında SSRİ millisinin bayraqdarı funksiyasını yerinə yetirib.
Qeyd edək ki, Belarusdan olan keçmiş güləşçi SSRİ-nin əməkdar idman ustası və əməkdar məşqçisi olub.