AZ

Yarışlar yenidən təxirə salındı

Parisdə Sena çayı böhranı bitməyib. Paralimpiya triatlon yarışları çayda çirklənmə səbəbindən təxirə salınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisin simvollarından biri olan Sena çayında çirklənmə böhranı bitmir. Üzgüçülük üçün uyğun olmayan çay indi 2024-cü ildə keçiriləcək Paralimpiya Oyunlarına təsir edib. Para-triatlon yarışları Sena çayının keyfiyyətsiz su keyfiyyətinə görə 24 saat təxirə salınıb. Səlahiyyətlilər bu vəziyyətə yenidən güclü yağışın səbəb olduğunu açıqlayıb.

Paris 2024 Olimpiadası zamanı Sena çayı da tənqid hədəfinə çevrilib. Təxminən 100 ilə yaxındır girilməyən çayın təmizlənməsinə 1,4 milyard avro xərclənsə də, qorxular Olimpiada başlayanda özünü doğrultdu. Çayda keçiriləcək məşq və yarışlar dəfələrlə təxirə salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
sia.az

1Mənbələr