AZ

Narın 12 faydası: Yüz qram narda...

Dadı və müalicəvi faydaları ilə dünyada getdikcə populyarlaşan narda araşdırmalara görə yaşıl çaydan 3 qat çox antioksidant olduğu ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, tərkibi fol turşusu, kalium, fosfor, dəmir, C vitamini və liflə zəngin olan narın bu təsiri hüceyrələrin yenilənməsini stimullaşdırdığı, orqanizmin müqavimətini artırdığı, immuniteti gücləndirdiyi bəlli olub.

Yüz qram nar bir insanın ehtiyac duyduğu gündəlik C vitamini dozasının təxminən 16 faizini qarşılayır.

Narın ümumilikdə təzəsinə üstünlük verilsə də, onun istehlak formaları çoxdur. Nardan bəkməz, meyvə suyu, çay olaraq da istifadə edilir.

Narın bir sıra faydalarını sadalayaq:

- Toxumdan çıxarılan yağın tərkibindəki maddələr ürək xəstəliklərindən qorunmağa kömək edir.

- Nar şirəsi ekstraktında olan bioaktiv kimyəvi birləşmələr şişin və hüceyrənin anormal yayılmasının qarşısını ala bilir.

- Nar meyvəsindən alınan ekstrakt ağciyər, döş və yoğun bağırsaq xərçənginin aqressiv təsirlərindən qorunmağa kömək edir.

- Xolesterolu balanslaşdırır.

- Qandakı qlükoza səviyyəsini tarazlayaraq diabetin qarşısını almağa kömək edir.

- Təzyiqsalıcı təsirə malikdir.

- Sümükləri qidalandırır və kalsifikasiyanın qarşısını alır.

- İshal əlamətlərini aradan qaldırır.

- Sümük və oynaq iltihablarının qarşısını alır.

- Qaraciyərə qoruyucu təsir göstərir.

- Əzələ ağrılarını aradan qaldırır və ağır məşqdən sonra bədənin bərpasını asanlaşdırır.

- Ağız sağlamlığını qoruyur.


Müəllif: Mələksəda Zeynallı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
teleqraf.com

1Mənbələr