AZ

Tunisdə prezident seçkiləri ilə bağlı 3 nəfər namizədliyini irəliSÜRDÜ

Tunis Müstəqil Yüksək Seçki Şurası oktyabrın 6-da keçiriləcək prezident seçkilərində hazırkı prezident Kays Səid də daxil olmaqla 3 namizədin yarışacağını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Müstəqil Yüksək Seçki Şurasının sədri Faruk Buaskər mətbuat konfransında prezidentliyə namizədlərin adlarını açıqlayıb. 

O deyib ki, prezident Kays Səid, Xalq Hərəkatının lideri Zuheyr əl-Məqzəvi və Ayaşi Zamal oktyabrın 6-da keçiriləcək seçkilərdə yarışacaq.

Buasker qeyd edib ki, namizədlik ərizəsi qəbul olunmayan 14 nəfərin sənədlərində bir sıra məlumatlar çatışmayıb və bəzi namizədlər isə namizədlik tələblərinə cavab vermir.

Ərizələri qəbul edilməyənlərdən 3-ü ilə bağlı İnzibati Məhkəmənin çıxardığı müsbət qərarın icrasının mümkün olmadığını bildirən Buaskər seçkilərdə yalnız 3 namizədin yarışacağını bildirib.

Qeyd edək ki, Tunis prezidenti Səid iyulun 2-də verdiyi bəyanatda prezident seçkilərinin oktyabrın 6-da keçiriləcəyini bildirib.

Seymur BƏNNAYEV

Seçilən
47
41
redaktor.az

10Mənbələr