AZ

Qəbələdə voleybolçu seçimi aparılıb

Sentyabrın 1-də və 2-də Qəbələ Olimpiya İdman Kompleksində voleybolçuların seçim xarakterli məşqləri keçirilib.

İdman.biz xəbər verir ki, məşqlərə yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların baş məşqçisi Cahangir Seyed Abbasi başçılıq edib.

İranlı mütəxəssisin rəhbərliyi ilə keçirilən məşqlərdə “Oğuz”, “Tovuz” və “Gəncə” Regional Voleybol Klublarının, eləcə də RVK-lara daxil olan ətraf bölgələrin 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçuları iştirak ediblər. 20 idmançının qatıldığı məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən voleybolçuların qeydiyyatı aparılıb.

Qeyd edək ki, bu seçimlərin aparılmasında əsas məqsəd 2010-2011 və 2012-ci il təvəllüdlü voleybolçulardan ibarət yığma komandaların formalaşdırılmasıdır. Belə seçim xarakterli məşqlər digər bölgələrdə də həyata keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
idman.biz

1Mənbələr