AZ

Təbii doğuş, yoxsa cərrahi müdaxilə? » Medical Media


Cərrahi müdaxilə doğum zamanı çətin, potoloji çətinliklər zamanı nadirən icra edilirdi. Lakin hazırda dünyada və ölkəmizdə bir çox xanımlar təbii doğumun ağrılarını səbəb göstərib, övladlarını dünyaya gətirmək üçün keysəriyyə əməliyyatını seçirlər. Həkimlər isə daha çox qazanc gətirən əmliyyatı etməkdən imtina eləmirlər. 

Hazırda Azərbaycanda xanımların üçdə biri keysəriyyə əməliyyatı ilə doğum edir. Ötən il 121 min doğuşun 35%-dən çoxu qeysəriyyə əməliyyatı ilə həyata keçirilib. Dünyada bu göstərici 20%-dir.  

35 % isə qeysəriyyə əməliyyatlarının optimal nisbətini təxminən 10-15% qiymətləndirən ÜST tövsiyələrindən iki dəfə çoxdur. Bundan əlavə, təşkilatın mütəxəssisləri xanımları təbii doğuşun faydalı olduğu haqqında məlumatlanmağa və ehtiyac olmayan əməliyyatlardan imtina etməyə çağırır.
Qeyd edək ki, Azərbaycanda bir çox insanlar bu qədər qeysəriyyə əməliyyatını onunla əlaqələndirirlər ki, onların fikrincə, çox vaxt həkimlər daha çox maliyyə gəliri üçün ehtiyac olmayanda belə  əməliyyatla doğuşa üstünlük verirlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi isə bu rəyin yanlış olduğunu bildirir.

Qurum  qeysəriyyə əməliyyatının sırf tibbi səbəblərə və qanunvericiliyə uyğun olaraq keçirildiyiuni bildirir. 

Qeysəriyyə əməliyyatının tibbi əsasları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Belə bir əməliyyatın qanunsuz aparılmasında təqsirli olan şəxslər inzibati məsuliyyət daşıyır, deyə TƏBİB bildirir. 

Seçilən
41
medicalmedia.az

1Mənbələr