Aralıq dənizinin aparıcı turizm məkanlarından biri olan Antalya, 2024-cü ilin ilk 8 ayında 11 milyon 731 min 937 ziyarətçi qəbul edərək turizmdə yeni rekord qırıb.
Hafta.az-ın yazdığına görə, bu dövrdə ən çox turist göndərən ölkə yenə Rusiya olub. Rusiya keçən ilin eyni dövrünə görə 8,28 faiz artaraq 2 milyon 641 min 849 ziyarətçi ilə turist sayında birinci olub.
Almaniya 2 milyon 235 min 311 turistlə ikinci, İngiltərə isə 1 milyon 109 min 997 ziyarətçi ilə üçüncü yerdədir.
İngiltərəni müvafiq olaraq Polşa, Qazaxıstan, Hollandiya, Rumıniya, Ukrayna, Çexiya və Slovakiya izləyib. Antalyanın turizmdəki bu uğuru şəhərin beynəlxalq cazibədarlığını bir daha sübut etdi.
Ayrıca, Antalya avqust ayında da ziyarətçi sayında rekord qırıb. Avqust ayında 2 milyon 673 min 736 ziyarətçi ilə əvvəlki ilin eyni ayına görə 2,65 faiz artım qeyd edilib.
Bu ayda da Antalyaya ən çox turist göndərən ölkə Rusiyadır.