AZ

Azərbaycanın reklam bazarı tarixi maksimuma yüksəlib – 201 MİLYON MANAT!

2023-cü ildə Azərbaycanda reklam sektoru əhəmiyyətli bir sıçrayış yaşadı.

Ötən il reklam fəaliyyətindən 183 milyon manat gəlir - ƏLDƏ EDİLİB

FED.az xəbər verir ki, sektorun ümumi gəlirləri 2022-ci ildə 143,863.9 min manat olmasına baxmayaraq, 2023-cü ildə bu rəqəm 201,131.6 min manata yüksəldi. Bu artım 40%-dən çox təşkil edərək, əlavə 57,267.7 min manat gəlir deməkdir.

Reklam fəaliyyətindən əldə edilən gəlirlərdə böyük fərqlər gözdən qaçmır

Xüsusilə reklam fəaliyyəti üzrə gəlirlərdə yüksək artım başqa sözlə 32.3%-lik artım müşahidə olundu. 2022-ci ildə bu sahədən əldə edilən gəlir 138,282.8 min manat olduğu halda, 2023-cü ildə 44,689.5 min manat artaraq 182,972.3 min manata çatdı.

Reklam informasiyasının hazırlanmasında iki dəfədən çox artım

Reklam informasiyasının hazırlanmasından əldə edilən gəlir nə az, nə çox iki dəfəyə yaxın artım göstərib. 2022-ci ildə 33,878.6 min manat olan bu gəlir göstərici, 2023-cü ildə 56,927.6 min manata çatıb ki, bu da 68%-lik və ya 23,049 min manat artım deməkdir.

Reklamın yerləşdirilməsində cuzi, amma davamlı artım

Reklamın yerləşdirilməsindən əldə edilən gəlir nisbətən daha yavaş artsa da, yenə də əhəmiyyətli dərəcədə irəliləyib. 2022-ci ildə 47,891.9 min manat gəlir gətirən bu xidmət, 2023-cü ildə 17.6%-lik artımla 56,359.2 min manata yüksəlib.

Reklamın yayımlanmasında 24%-dən çox artım

2023-cü ildə reklamın yayımlanmasından gələn gəlir isə 24% artaraq 56,512.3 min manatdan 69,685.5 min manata yüksəldi. Bu, bir il müddətinə fərqlə 13,173.2 min manatlıq əlavə gəlir deməkdir.

Açıq məkan reklamlarında irəliləmə

Açıq məkanda yayımlanan reklamların gəliri də artım göstərib. 2022-ci ildə açıq məkanda yayımlanan reklamların iqtisadiyyatımıza  29,948.5 min manat qatmışdı. Bu sahə üzrə olan göstərici 2023-cü ildə 12.5%-lik artımla 33,704.0 min manata çatıb. Bu isə 3,755.5 min manatlıq fərq deməkdir.

Nəqliyyat vasitələrində yayımlanan reklamlar

Nəqliyyat vasitələrində yayımlanan reklamlar da 2022-ci ilə nisbətən 10.8% artım göstərib və 10,440.1 min manatdan 11,570.0 min manata yüksəlib. Bu artım rəqəmlə baxsaq 1,129.9 min manat deməkdir.

KİV-də yayımlanan reklamların payı 51%-dən çox artıb

Kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə yayımlanan reklamların gəlirləri, 2023-cü ildə böyük sıçrayış etdi. 2022-ci illə müqayisədə 51.4%-lik, yaxud 8,287.8 min manatlıq artımla bu reklam növündən əldə edilən gəlir 24,411.5 min manata çatdı. Bu artım, medianın və kütləvi tədbirlərin reklam dünyasındakı rolunun əhəmiyyətini daha da artırır.

Teleradio proqramlarında reklamlardan gəlir

Teleradio proqramlarında yayımlanan reklamlar da mühüm artım nümayiş etdirərək 14,967.6 min manatdan 22,380.7 min manata qədər artıb. 2022-ci ilə nisbətən keçən il ərzində əldə edilmiş gəlir 49,5% artıb. Bu sahə 1 il ərzində gəlirlərini 7,413.1 min manat həcmində artırmağa müvəffəq olub.

Digər fəaliyyətlər sahəsində əhəmiyyətli sıçrayış

2023-cü ilindigər gəlir sahələrinə nəzər saldıqda  kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə yayımlanan reklamdan əldə olunan gəlirlərin 1,216.1 min manatlıq hissəsi  telekommunikasiya qurğuları və poçt göndərişləri ilə,  814.7 min manatıisədövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual məhsullardan əldə edilib. Bu sahələr üzrə göstəricilərdə artım gözdən qaçmır 2022-ci il üzrə bu rəqəmlə müvafiq olaraq 247.0 min manat və 735.2 min manat idi. 2022-ci ildə teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlərdə yayımlanan reklamlar 173.9 min manat gəlir qazansa da 2023-cü il bu sahə üzrə gəlir formalaşmayıb. Əvəzində digər fəaliyyətdən qazanc 100%-dən çox artın nümayiş etdirib. Belə ki, digər fəaliyyət gəliri 2022-ci ildə olan 5,581.1 min manatdan 3 dəfədən çox artaraq 18,159.3 min manata çatıb.

Reklam fəaliyyətində xərclər də artır

Reklam fəaliyyətinin inkişafı ilə yanaşı, bu sahədə çəkilən xərclər də nəzərəçarpacaq dərəcədə artıb. 2022-ci ildə məhsul və xidmət istehsalına çəkilən xərclər 123,380.2 min manat təşkil edirdisə, 2023-cü ildə bu rəqəm 161,494.0 min manata qədər yüksəlib.

Xərclərin yarandığı sahələrə nəzər saldıqda reklam fəaliyyəti üzrə çəkilən xərclər də artaraq, 2022-ci ildə 94,587.1 min manatdan 2023-cü ildə 127,263.3 min manata çatıb. Bu isə 34.4%-lik və ya 32,676.2 min manatlıq artımdır.

Müqavilələrin sayı və dəyəri də artıb

Reklam xidmətlərinin yerinə yetirilməsinə dair bağlanmış müqavilələrin sayı 2023-cü ildə 12%-lik artımla 22,902.0 vahidə çatıb. Müqavilələrin ümumi dəyəri isə 64,702.3 min manatdan 71,208.9 min manata yüksələrək 10%-lik artım göstərib.

Reklam fəaliyyəti və göstəricilər ilə bağlı daha detallı aşağıdakı cədvəldə :

İllər

2022

2023

Məhsulun satışından və xidmətlərin göstərilməsindən  əldə olunan gəlir, min manatla

143,863.9

201,131.6

        o cümlədən:

 

 

      reklam fəaliyyətindən

138,282.8

182,972.3

  ondan:

 

 

      reklam informasiyasının hazırlanmasından

33,878.6

56,927.6

      reklamın yerləşdirilməsindən

47,891.9

56,359.2

      reklamın yayımlanmasından

56,512.3

69,685.5

        ondan:

 

 

açıq məkanda yayımlanan reklamdan

29,948.5

33,704.0

nəqliyyat vasitələrində yayımlanan reklamdan

10,440.1

11,570.0

   kütləvi informasiya vasitələri və kütləvi tədbirlərdə         _yayımlanan reklamdan

16,123.7

24,411.5

      ondan:

 

 

      teleradio proqramlarında

14,967.6

22,380.7

      telekommunikasiya qurğuları və poçt göndərişləri ilə

247.0

1,216.1

      dövri mətbu nəşrlərdə, yazılı bildirişlərdə, çap və audiovizual ___məhsullarda

735.2

814.7

     teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlərdə

173.9

-

digər fəaliyyətdən

5,581.1

18,159.3

Məhsul(xidmət) istehsalına çəkilən  xərclər, min manat

123,380.2

161,494.0

   ondan:  

 

 

   reklam fəaliyyəti üzrə

94,587.1

127,263.3

Reklam xidmətlərinin yerinə yetirilməsinə dair bağlanmış müqavilələrin sayı, vahid

20,493.0

22,902.0

Bağlanmış müqavilələrin dəyəri, min manatla

64,702.3

71,208.9

 

Seçilən
66
fed.az

1Mənbələr