AZ

Azərbaycanda subsidiya proqramında bitkilərin siyahısı genişləndirilib

Aqrar Subsidiya Şurası 2024-2025-ci təsərrüfat ili üçün dəstəklənən bitkilərin siyahısını genişləndirib.

“İki sahil” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, siyahıya nar, zeytun, fındıq, şabalıd, portağal, limon, kinkan, narıngi, şaftalı (nektarin), ərik, kivi, üzüm, çay, moruq, qoz, alma, armud, gilas, püstə, xurma (xirnik), badam, qarağat, böyürtkən və qaragilə (mavigilə) bitkiləri əlavə edilib.

Əsas subsidiya şərtləri:

- Üzüm bağları: 2024-cü ilin sentyabrın 1-dən 2025-ci ilin mayın 31-dək, torpaq elektrik keçiriciliyi göstəricisi 2 dS/m-dən az olan və ən azı 2 hektar sahədə olan süfrə və texniki üzüm bağlarına 8 min manat əkin subsidiyası veriləcək;

- Şaftalı və ərik bağları: Dəniz səviyyəsindən 50 metrdən yuxarı olmayan ərazilərdə yerləşən, torpaq elektrik keçiriciliyi göstəricisi 2 dS/m-dən az olan və ən azı 3 hektar olan bağların hər hektarına görə 4 000 manat subsidiyası veriləcək;

- Püstə bağları: Dəniz səviyyəsindən 150 metrdən yuxarı olmayan ərazilərdə yerləşən, torpaq elektrik keçiriciliyi göstəricisi 3 dS/m-dən az olan və minimum 400 ting əkilmiş bağların hər hektarına görə 4 500 manat subsidiya ayrılacaq;

- Armud, alma və gilas bağları: Elektrik keçiriciliyi 3 dS/m-dən az olan və intensiv üsulla salınan armud, alma və gilas bağlarının hər hektarına uyğun olaraq 8 min, 11 min və 10 min manat əkin subsidiyası veriləcək;

- Badam və qoz bağları: Dəniz səviyyəsindən 200 metrdən yuxarı ərazilərdə yerləşən və 1 hektara uyğun sertifikatlı tinglərin əkildiyi intensiv badam və qoz bağlarının hər hektarına uyğun olaraq 3 500 manat və 3 300 manat subsidiya ödəniləcək;

- Çay plantasiyaları: Yağış yağdırma üsulu ilə suvarılan çay plantasiyalarının hər hektarına görə 12 min manat məbləğində əkin subsidiyası veriləcək;

- Kinkan, şabalıd, kivi, moruq, qarağat və böyürtkən bağları: Damcı suvarma sistemi ilə təmin olunmuş kinkan, şabalıd, kivi, moruq, qarağat və böyürtkən bağlarına uyğun olaraq 11 600 manat, 800 manat, 9 600 manat, 3 200 manat və 3 200 manat məbləğində əkin subsidiyası veriləcək.

Qeyd edək ki, subsidiya veriləcək bağların “Aqrar sığorta haqqında” qanuna müvafiq sığorta olunması tələb edilir və istifadə edilən tinglər fitosanitar baxımdan zərərli orqanizmlərdən azad olmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
ikisahil.az

3Mənbələr