Bakı, 3 sentyabr, AZƏRTAC
İyulda İspaniyaya gələn xarici turistlərin sayı illik müqayisədə 7,3 faiz artaraq təxminən 10,9 milyon nəfərə çatıb.
AZƏRTAC İspaniya mediasına istinadla xəbər verir ki, bu sayda aylıq turist axını bütün müşahidələr tarixində, yəni 1995-ci ildən bəri rekord göstəricidir.
Həmin dövrdə ən çox turist Böyük Britaniyadan gəlib - 2 milyondan çox. İkinci yeri Fransa (1,62 milyon), üçüncü yeri Almaniya (1,25 milyon) tutub. İyulda ölkəyə gələnlərin ümumi xərcləri 15,54 milyard avro və ya adambaşına orta hesabla 1432 min avro təşkil edib.
Yanvar-iyul aylarında İspaniyaya turist axını 12 faiz artaraq təxminən 53,4 milyon nəfərə çatıb. Bu, həm də müvafiq dövr üçün rekord göstəricidir. Xarici turistlər yeddi ay ərzində ölkədə 71,1 milyard avro xərcləyiblər.