AZ

Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı üçün əlverişli şərait var - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində işlər sürətlə davam edir". Bu sözləri SİA-ya açıqlamasında “Yaşil Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

Elman Cəfərli sözlərinə belə davam edib: "Məlumdur ki, işğaldan azad olunmuş bölgələrin məskunlaşması Şərqi Zəngəzur iqtisadi rayonun Zəngilan bölgəsindən başlanıb. İlk dəfə olaraq Zəngilanın Ağalı kəndində ağıllı kənd qurulub. “Böyük qayıdışa” uyğun olaraq 19 iyul 2022-ci ildə bir qrup sakin Ağalıda məskunlaşıb. Ağalı ekoloji layihələrə əsaslanan texnologiyalar üzrə qurulub. Qəsəbədə yaşayış evlərinin, inzibati binaların işıqlandırlması yaşıl texnologiyalara əsaslanır. Sonra Ağdərənin Talış kəndinə və Laçına köçürülmə başlandı.

Füzulidə, Kəlbəcərdə, Xocalıda quruculuq işləri sürətlə davam edir. Həmin bölgələrdə nəhəng tikinti işləri görülüb və davam edir. Gələn il Ağdama əhalinin köçürülməsi baş tutmalıdır. Qarabağ və Şərqi Zəngəzurun məskunlaşması üçün öncə ərazilər minalardan təmizlənməlidir. Ondan sonra keçmiş məcburi köçkünlərə evlər tikilməli, iş yerləri açılmalıdır.

Məskunlaşma üçün başlıca amil əhalinin məşğulluğunun təmin olunmasıdır. Dövlət qurumlarında, təhsil və səhiyyə ocaqlarında iş yerləri olacaq. Özəl sektorun inkişafına da şərait yaradılmalıdır. İnsanlara dəstək vermək lazımdır ki, ailəsi bizneslərini qura bilsinlər. Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı üçün əlverişli şərait var. Özəllikə kənd turizminin inkişafı üçün. Laçın, Ağdərə, Kəlbəcərdə heyvandarlığın, arıçılığın inkişafına stimul vermək lazımdır. Bunun üçün ərazidə məskunlaşan fermerlərə vergi güzəştləri tətbiq oluna bilər. Ağdamda, Cəbrayıl, Zəngilan və Füzulidə üzümçülüyün inkişafı üçün münbit şərait var. Fermerlərə yeni plantasiyaların salınması üçün dotasiyalar ayrılmalıdır. Yenidən salınan qəsəbə və şəhərlər ağıllı texnologiyalara əsaslanmalıdır. Xüsusilə nəqliyyat infrasturukturunda ekoloji layihələr tətbiq olunmalıdır. Şuşa, Xankəndi, Ağdamda şəhərdaxili nəqliyyatda elektromobillərə üstünlük verilsə yaxşı olar. Minalardan təmizləndikdən sonra əkin sahələrinə arqotexniki qulluq həyata keçirilməlidir. Ərazi 30 il işğalda qalıb. Düşmən orada mühəndis istehkam qurğuları inşa edib, ağır texnikanın hərəkət torpağın üst münbit qatını zədələyib. Suvarma sistemi dağıdılıb. Yaxşı olar ki, ənənəvi selləmə suvarma sisteminin yerinə damcı suvarma sistemləri təbbiq edilsin. Bu həm məhsuldarlığın artmasına təkan verəcək, həm də içməli suya qənaət olunacaq”.

Ayşən Vəli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
sia.az

1Mənbələr