Fransa hökuməti tərəfindən bir çox cinayətlərdə günahlandırılan Pavel Durov ilə bağlı istintaq bir neçə ay ərzində davam edə bilər. Bu barədə məlumatı Paris prokurorluğu verib. “İstintaq başa çatdıqdan sonra istintaq hakimləri bir neçə ay ərzində davam edə biləcək araşdırmanı bitirdikləri qənaətinə gəlsələr, bu iş yekunlaşacaq. Prokurorluq zəruri hesab edəcəyi təqdirdə işin bitməsinə və ya onun cinayət məhkəməsinə ötürülməsinə qərar verəcək. Daha sonra istintaq hakimləri işin dayandırılmasına və ya məhkəmə prosesinin startına qərar verəcəklər” - deyə prokurorluq qeyd edib. Qeyd etmək lazımdır ki, Pavel Durov 24 avqust tarixində Paris hava limanında Fransanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Pavel Durov-un həbs edilməsi öz növbəsində bir çox ölkədə ictimai tənqidə səbəb oldu. Fransa hökuməti Durov-u Telegram üzərindən reallaşdırılan qanunsuz işlərdə iştirakda günahlandırır. Əgər nəticə etibarilə Durov-un qanunsuz işlərdə iştirakı təsdiqlənsə, onu 10 il müddətinə azadlıqdan məhrum olma cəzası gözləyə bilər. Qeyd etmək lazımdır ki, Durov 28 avqust tarixində 5 milyon avro dəyərində girov müqabilində azadlığa buraxıldı. Bununla belə ona Fransa ərazisini tərk etmək qadağası təyin olundu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta