AZ

UNEC-də Asiya Elmlər Akademiyasının yaradılması məsələləri müzakirə olundu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektoru Ədalət Muradovun paylaşdığı məlumata görə, bu gün UNEC-də Asiya Elmlər Akademiyasının yaradılması ilə bağlı mühüm müzakirələr keçirilib. Görüşdə Təşəbbüs Qrupunun bir qrup üzvü iştirak edib.

QHT.az xəbər verir ki, müzakirələr zamanı cari ilin 31 avqustunda UNEC-də təqdimatı keçirilən "Asia for Future" jurnalının qlobal elm məkanında cəlbediciliyinin təmin edilməsi və onun gələcək perspektivləri haqqında geniş fikir mübadiləsi aparılıb. Jurnalın beynəlxalq səviyyədə tanınması və elmi dünyada öz yerini tutması üçün atılacaq addımlar müzakirə mövzusu olub.

Bu müzakirələr, Asiya Elmlər Akademiyasının təsis edilməsi və elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
qht.az

1Mənbələr